Ət ucuzlaşacaq? - Açıqlama
Bu ilin ilk 4 ayında Azərbaycana ət idxalı artıb.
Adalet.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel ayında ölkəyə 17.4 milyon dollar dəyərində 4412 ton iri buynuzlu heyvan əti gətirilib. Bu göstərici ötən illə müqayisədə çoxdur.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, qiymətlər yüksəldikcə xaricdən ət gətirmək idxalçılar üçün daha sərfəli olur. Bahalaşmanın arxasında həm tələbatın artması, həm də ölkədə saxlanılan heyanların sayının azalmasıdır. Xırda heyvanlarda son 10 ildə 25 faiz azalma var. Bu hesab iri buynuzlular da isə 25 faizə qədərdir:
"Heyvandarlıqda xərclərin artması qiymətlərə təsir edən əsas amillərdən sayılır. Yem, saxlama və yetişdirmə xərcləri yüksəldikcə yerli istehsalda maya dəyəri artır. Bu isə ucuz istehsal imkanlarına malik ölkələrdən idxalı sitimullaşdırır".
Bəs idxalın artması ətin ucuzlaşmasına səbəb ola bilər mi?
Ekspert qeyd edib ki, hazırda qiymətlər aşağı düşməkdən əlavə bahalaşmanın qarşısını almaq lazımdır. İndiki çərçivədə yerli məhsulların bazarla çıxarılmasının azalması fonunda idxalın yüksəlməsi qiymətlərin həddən artıq artmasının qarşısını alır. Əgər idxal olmasaydı, qiymətlər indikindən 50-60 faiz daha baha olardı.
Digər Xəbərlər
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39
“Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir”
20 Iyul 2026 23:15
Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
20 Iyul 2026 12:50


Bakı -°C

