“AzerGold”un 25-ci sikkə kolleksiyası şirkətin 10 illik fəaliyyətinə həsr edilib - FOTO
“AzerGold” QSC fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley sikkə kolleksiyasını ictimaiyyətə təqdim edib.
Adalet.az xəbər verir ki, kolleksiya “AzerGold” QSC-nin ötən on il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələri əks etdirir.
Qızıl və gümüş sikkələrin ön hissəsində “AzerGold”un korporativ üslubunu və fəaliyyət istiqamətini simvolizə edən elementlər, mərkəzi hissədə isə Cəmiyyətin loqosu yerləşdirilib.
Kompozisiyanı əhatə edən konsentrik dairəvi xətlər davamlı inkişafı, hərəkəti və gələcəyə yönəlmiş strateji baxışı ifadə edir.
Sikkənin əsas elementi olan “10” rəqəmini əhatə edən spiral relyef açıq tipli mədən karxanasının yuxarıdan görünüşünü xatırlatmaqla mərkəzə doğru enən pilləli quruluş təsiri yaradır.
Karxana təsviri yerin dərinliklərindəki sərvətlərin insan əməyi, elm və texnologiyanın vəhdəti sayəsində iqtisadi dəyərə çevrilməsini vurğulayır.
Sikkələrin üzərində “2016-2026” tarixlərinin əks olunması isə “AzerGold”un 10 illik fəaliyyət yolunu simvolizə edir.
Kolleksiya dövlət şirkətinin ölkəmizdə hasil etdiyi qızıl və gümüş xammalından hazırlanıb.
Həm estetik görünüşü, həm də xatirə əhəmiyyəti ilə diqqətçəkən məhsullar məhdud sayda istehsal olunub.
Sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.
Digər Xəbərlər
06 Iyul 2026 10:48
“Ona görə də insan qazandığını artırmağa deyil, göstərməyə həvəsləndirilir...”
06 Iyul 2026 08:52
Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
04 Iyul 2026 11:03
“Bu göstəriciləri düzgün oxuyanlar bazarda üstünlük qazanır...”
03 Iyul 2026 11:48


Bakı -°C

