İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.
Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.
Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.
Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10


Bakı -°C

