Dünyada super milyarder olan insanların sayı açıqlandı

Dünyanın hər yerindən 24 nəfərin daxil olduğu super milyarderlər siyahısına amerikalı sahibkar və milyarder İlon Mask başçılıq edir.
Adalet.az xəbər verir ki, bu barədə məlumat "Altrata" analitik şirkətinin hesabatında yer alıb.
Müəlliflərin fikrincə, indi hər birinin sərvəti 50 milyard dollardan çox olan super-milyarderlərin yeni kateqoriyasının meydana çıxmasından danışmaq olar. Analitik şirkət bu siyahıda dünyanın hər yerindən 24 nəfəri müəyyən edib.
Reytinqdə birinci yeri "Tesla", "X" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask tutub və sərvəti 419,4 milyard dollar təşkil edib. Reytinqdə ikinci yerdə Amerika onlayn pərakəndə satış şirkəti Amazon-un yaradıcısı Ceff Bezos (263,8 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə isə nəhəng LVMH-nin sahibi Bernard Arno (238,9 milyard dollar) yer alıb.
Şirkətə görə, dünyanın 24 ən varlı adamının sərvəti təxminən 3,3 trilyon dollardır ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə olunur. Siyahıdakı 16 nəfərin sərvəti 100 milyard dolları ötür. Məqalədə həmçinin deyilir ki, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər idisə, bu gün əksər super-milyarderlər öz sərvətlərini texnologiya sənayesində qazanıblar.
Digər Xəbərlər

Sabah ilin ilk Günəş tutulması olacaq

“Saturn” planetinin halqaları yoxa çıxıb

Bu tarixdə Üçüncü Dünya Müharibəsi BAŞLAYACAQ - Astroloqdan DƏHŞƏTLİ PROQNOZ

Marina çökəkliyindən gələn müəmmalı səslərin mənşəyi tapıldı

Alimlər Antarktidada aysberqin altında inkişaf edən ekosistem tapıblar

Park Bulvar və VISA-nın təşkilatçılığı ilə keçirilən lotereyanın finalına sayılı günlər qaldı

"Blenheim" sarayının 98 kq-lıq qızıl unitazının oğruları tapıldı
