Metyu Brayza: Minsk Qrupunun artıq heç bir rolu qalmayıb

“Minsk Qrupunun artıq heç bir rolu qalmayıb”.
Adalet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh üçün Ermənistan konstitusiyasının dəyişməli olduğunu deyən sabiq səfir, Minsk qrupuna da ehtiyacın qalmadığını qeyd edib.
“Çünki Azərbaycan və Ermənistan öz aralarında danışıqlar aparmaq qərarına gəldikdə, artıq vasitəçilərə ehtiyac yox idi və onlar sülh müqaviləsi imzalamağa yaxındırlar. Belə olan halda, əlbəttə ki, Minsk Qrupuna ehtiyac yoxdur”.
Metyu Brayza əlavə edib ki, həmçinin Tramp administrasiyasının da iki ölkə arasında vasitəçiliyinə ehtiyac qalmayıb. Çünki hər iki ölkə vasitəçi olmadan sülhə daha çox yaxınlaşır.
“Əgər Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaq üzrədirsə, ABŞ-ın və ya başqa bir ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Mən ümid edirəm ki, onlar sülh müqaviləsini imzalayacaqlar. Bildiyimiz kimi, razılaşma mətni artıq yekunlaşmaq üzrədir və indi əsas məsələ Ermənistanın konstitusiyasını Azərbaycanın tələbinə uyğun dəyişdirilməsidir. Mənə elə gəlir ki, bu baş verəcək. Təbii ki, əgər Baş nazir Nikol Paşinyanın siyasi rəqibləri qeyri-qanuni hərəkətə əl atmazlarsa. Hamımız xatırlayırıq ki, 1999-cu ilin oktyabrında da Ermənistan və Azərbaycan Minsk Qrupunun səyləri nəticəsində sülhə yaxın idilər, lakin sülhün əleyhdarları Ermənistanın baş nazirini və parlament sədrini qətlə yetirdilər”, - deyə Brayza əlavə edib.
Digər Xəbərlər

Xameneidən Trampın İranı bombalamaq sözlərinə CAVAB

Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - Tramp

NATO genişmiqyaslı aviasiya təlimlərinə başlayır

ABŞ lideri: Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır

İran ABŞ ilə müharibəyə hazırlaşır

Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

İsrailli nazir: Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir
