"Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur" - Baş prokuror
Uşaqların hüquqlarının müdafiəsi və onların zorakılıqdan qorunması bu gün beynəlxalq ictimaiyyət qarşısında duran ən vacib məsələlərdən biridir. Dünyada uşaqlara qarşı törədilən zorakılıq faktları göstərir ki, bu istiqamətdə görüləcək işlər hələ də çoxdur.
Adalet.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarında yer alan statistika uşaqlara qarşı zorakılıq hallarının qlobal miqyasda ciddi problem olduğunu göstərir. BMT-nin Uşaq Fondunun (UNICEF) 2025-ci il üzrə hesabatında əks olunan məlumatlar xüsusilə narahatedici xarakter daşıyır.
“UNICEF-in məlumatlarına görə, dünyada hər dörd dəqiqədə bir uşaq zorakılığın və qətlin qurbanına çevrilir. 2025-ci ildə 90 milyon uşaq cinsi zorakılığa məruz qalıb. Hesabatda o da göstərilir ki, 1,6 milyard uşaq evdə müntəzəm olaraq fiziki cəza və psixoloji təzyiqlərlə üzləşir”, – deyə Baş prokuror bildirib.
Onun sözlərinə görə, mövcud statistika dünya miqyasında uşaqların hüquqlarının müdafiəsi sahəsində vəziyyətin arzuolunan səviyyədə olmadığını bir daha nümayiş etdirir. Belə faktlar uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların zorakılıqdan qorunması və hüquqlarının müdafiəsi istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.
Digər Xəbərlər
18 Iyul 2026 17:24
Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - VİDEO
18 Iyul 2026 10:17
“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”
18 Iyul 2026 09:05
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
17 Iyul 2026 18:14
Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTOLAR
17 Iyul 2026 18:00
AQTA rəsmisi heyvan daşıması ilə bağlı məsələyə aydınlıq gətirdi
17 Iyul 2026 17:38
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
17 Iyul 2026 15:44
DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydı
17 Iyul 2026 13:41


Bakı -°C

