adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Mart 2024 09:11
684
İDMAN

Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının transfer qiymətlərini açıqlayıb.

Hesabatda mərkəz yalnız altı oyunçunun qiymətini 200 milyon avro və ya daha yüksək qiymətləndirib:

Cud Bellingem (“Real Madrid”) - 250 milyon avro

Erlinq Holand (“Mançester Siti”) - 250 milyon avro

Vinisius Junior (“Real Madrid”) - 200 milyon avro

Rodriqo Qoes (“Real Madrid”) - 200 milyon avro

Bukayo Saka (“Arsenal”) - 200 milyon avro

Fil Foden (“Mançester Siti”) - 200 milyon avro

Maraqlıdır ki, Camal Musiala (“Bavariya”), Xulian Alvares (“Mançester Siti”), Kilian Mbappe (PSJ) və Martin Odeqaard (“Arsenal”) 150 milyon avro dəyərində qiymətləndiriliblər. Daha 32 futbolçu, o cümlədən “Napoli”dən Xviça Kvaratsxeliya 100 milyon avro dəyərində qiymətləndirilib. Digər oyunçuların dəyəri isə 80 milyon avronu keçmir.