adalet.az header logo
  • Bakı -°C
08 Fevral 2026 16:00
74
DÜNYA
A- A+

“Dünyanın reaksiyası olmadıqda hücumlar daha da güclənir” - Zelenski

“Son bir həftə ərzində Rusiya 116 raket, 1200 idarə olunan bomba və 2000-dən çox dronla hücumlar həyata keçirib”.

Adalet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada deyib.

O, Rusiyanın Ukraynadakı enerji, logistika və mülki infrastrukturu hədəf almağa davam etdiyini bildirib:

“Müharibəyə son qoymaq üçün danışıqlar aparılarkən Rusiyanın hücumları davam edir. Dünyanın heç bir reaksiyası olmadıqda hücumlar daha da güclənir. Təkcə, dünən Rusiya Ukraynaya təxminən 40 raket və 400-dən çox PUA hücumu həyata keçirib. Bu silahların istifadəsi rusların sanksiyaları pozması deməkdir”.