DYP Bakıda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib
Bakı Şəhər DYP İdarəsi paytaxtda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə Adalet.az-a BŞDYPİ-dən bildirilib.
Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır.
Digər Xəbərlər
04 Sentyabr 2026 14:27
Metroya minənlərin sayı AZALDI
04 Sentyabr 2026 14:12
Birol Akgün TÜİB-də oldu - FOTOLAR
04 Sentyabr 2026 12:10
“Bu prinsip yalnız səhiyyədə deyil, vətəndaşa xidmət göstərən digər sahələrdə də tətbiq oluna bilər”
04 Sentyabr 2026 09:47
Bakıda Şanlıurfanın zəngin tarixi və mədəni irsi təqdim olunacaq
03 Sentyabr 2026 15:29
Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
03 Sentyabr 2026 15:06
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - VİDEO
03 Sentyabr 2026 12:19
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
03 Sentyabr 2026 10:23


Bakı -°C

