DYP-dən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
Adalet.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.
Digər Xəbərlər
29 Iyun 2026 19:36
Bu sahədə kompleks islahatlar hazırlanır
29 Iyun 2026 19:32
Daha 7 tətbiq ilin sonunadək istifadəyə veriləcək
29 Iyun 2026 18:22
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - QƏRAR
29 Iyun 2026 17:43
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29 Iyun 2026 15:55
Əli qabarlı tələbə: yeni nəsil Qarabağda bərkimək istəyir?
29 Iyun 2026 15:16
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
29 Iyun 2026 15:09
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
29 Iyun 2026 12:51


Bakı -°C

