Azərbaycan və Latviyanın səhiyyə nazirləri arasında görüş keçiridi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan ilə Latviya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq səhiyyə sektorunda da uğurla davam edir. Nazir bildirib ki, tibbi təhsil, həkimlərin davamlı peşə hazırlığı, elmi-tədqiqat fəaliyyəti və innovativ tibbi yanaşmaların tətbiqi sahələrində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Teymur Musayev səhiyyə sisteminin rəqəmsal transformasiyasının Azərbaycanın səhiyyə siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə reallaşan tədbirlər barədə məlumat verib.
Görüş zamanı qeyd edilib ki, 2025-ci ildə iki ölkənin müvafiq qurumları arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu da ikitərəfli əlaqələrin inkişafında mühüm addımdır.
Latviyanın səhiyyə naziri Hossam Abu Meri Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. O, bu cür yüksəksəviyyəli görüşlərin səhiyyə sistemlərinin inkişafına, peşəkar bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Sonda tərəflər Azərbaycan və Latviyanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın gələcəkdə də qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq davam etdirilməsi istiqamətində əminliklərini ifadə ediblər.
Digər Xəbərlər
29 Iyun 2026 12:16
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək
29 Iyun 2026 12:14
TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanda
29 Iyun 2026 10:54
Sərnişin daşıyan şirkətlərlə bağlanılan müqavilənin şərtləri təsdiq edildi
28 Iyun 2026 12:43
Yağış, dolu, duman, 32° isti - Sabahın havası
28 Iyun 2026 06:48
Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı TAİB-in gündəmində
27 Iyun 2026 17:00
Xüsusi təyinatlıların birgə təlimi başa çatdı - VİDEO
27 Iyun 2026 16:43
"Təhsil möhlətlərinin əsasında xidmətdən yayınma korrupsiyaya şərait yaradır" - General
27 Iyun 2026 14:15


Bakı -°C

