Faiq Qismətoğlunun qisməti...
Mən Faiqi uzun illərdi tanıyıram – lap tələbəlikdən. O, gülərüz, istiqanlı, bir az da utancaq oğlan kimi gözlərimdə şəkillənib və bu “şəkil” bu günə qədər dəyişməyib – Faiqə oxşaya-oxşaya öz yerində dirənib – dayanıb.
Deyirlər ki, qələm sahiblərinin yazdıqları özünə oxşayır – düz də deyirlər, bəs kimə oxşamalıdı, özünə bənzəməlidir də... yoxsa... necə deyərlər, apar qaytar.
Faiqin yazdıqları hamısı özüdür; başqalarına girişməkdənsə, ən yaxşı və sərrast tanıdığına girişib – özünə və yazdıqları da göz qabağındadı.
Faiq Qismətoğlu bədii yaradıcılıqla da məşğul olmuş və “Dünyanın o üzü” kitabının müəllifidir.
Qələm dostumuz həm də tale adamıdı; bəzi jurnalistlərdən fərqli olaraq o, öz tərcümeyi-halını özü yazanlardandır – yəni hazıra nazir olmayıb; gizli deyil ki, elə söz dünyasında da, həyatımızın müxtəlif sahələrində də özü doğmamışdan qabaq tərcümeyi-halı “doğulanlar” var – belələrinə bic doğulmuş tərcümeyi-hal da demək olar ki, Faiq bu mənada sözün halal yerindəndi və başqa söhbət ola bilməz.
Bu da Faiq Qismətoğlunun qismətidi – İlahi qismət.
Faiq, öpürəm, təbrik edirəm.
Seyran Səxavət
Digər Xəbərlər
12 Oktyabr 2026 14:21
Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO
12 Oktyabr 2026 12:04
ƏDALƏT – ƏXLAQIN ƏN ALİ PİLLƏSİDİR
10 Oktyabr 2026 17:40
"Məndən ötdü...": tarix poetik şedevrin aynasında
10 Oktyabr 2026 13:00
“Gəlin, ayağımızın altında yatın, baxaq görək, divarın o üzündə nə baş verir?”
10 Oktyabr 2026 12:42
“Şeytana daş atanlar” türk dilində
09 Oktyabr 2026 17:06
“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirildi
09 Oktyabr 2026 10:17
“Hansı qurum şəhərdə başörtüsündə gəzən xanımlara güldən ağır söz deyir?”
08 Oktyabr 2026 20:06


Bakı -°C

