DYP piyadalara müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir: “Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında piyadaların da üzərinə böyük məsuliyyət düşür. Hər bir piyada yol hərəkəti qaydalarına ciddi əməl etməklə, yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli və hərəkət zamanı diqqətli olmalıdır. Tələsməmək, ətrafa diqqətlə nəzər yetirmək, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almaq və təhlükəsizliyə tam əmin olduqdan sonra keçidi davam etdirmək vacibdir. Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən və onu keçərkən mobil telefon, qulaqcıq və digər elektron cihazlardan istifadə etməklə diqqətin yayındırılmasına yol verilməməlidir. Eyni zamanda, sürücülər də piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, piyadalara yol verməli və diqqəti yayındıran amillərdən çəkinməlidirlər”.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırır. “Unutmayaq ki, yollarda təhlükəsizlik hər kəsin düzgün davranışından başlayır və bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər”, - deyə müraciətdə vurğulanır.
Digər Xəbərlər
12 Avqust 2026 19:52
Yeni Klinikaya mətbuat katibi təyin olundu
12 Avqust 2026 11:43
Sayğaclar vaxtında oxunmur
12 Avqust 2026 11:00
Dövlət Komitəsi Böyük Qayıdışla bağlı yayılan iddialara cavab verdi
12 Avqust 2026 10:21
Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub - VİDEO
12 Avqust 2026 09:43
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi
11 Avqust 2026 22:05
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - FOTOLAR
11 Avqust 2026 22:00
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
11 Avqust 2026 21:40


Bakı -°C

