Sayğaclar vaxtında oxunmur
Bir il bundan qabaq Yeni Günəşli yaşayış sahəsinin 13 nömrəli binasında mütəmadi olaraq qaz, su, işıq sayğacları hər ayın əvvəlində nəzarətçilər tərəfindən yoxlanır və abonentlər borcları barədə qəbz yazılır və onların mənzillərinin qapısına qoyulurdu. Amma xeyli vaxtdır ki, bu əməliyyatlar ya keçirilmir, ya da gec keçirilir. Yeganə su xidmətdir ki, onlar hər ayın əvvəllərində , daha doğrusu, 1-3 arasında sayğacları oxuyur, borcu yazır və abonentlərə çatdırlar.
Çox təəssüf ki , bu sözləri qaz və işıq idarələri haqqında demək mümkün deyil.Bir də görürsən ki, həmin xidmət sahəsinin əməkdaşları gəldilər və üç- dörd ayın borcun birdən yazdılar. Həmin borc da çox olduğu üçün bəzi hallarda abonentlər o pulu verə bilmir, ləngidir və çıxıs yolu axtarırlar . Çıxış yolu da tapa bilməyəndə həmin xidmət sahələri borclu abonentlərin işığını , qazını kəsirlər. Bu isə böyük narazılığa və narahatlığa səbəb olur! Bununla yanaşı, işıq, qaz idarələri onlara işlətmədikləri enerjinin pulunu yazırlar!Bu barədə aidiyyəti qurumla əlaqə yaratdıq .
Onların sözçüsü bildirdi ki, heç bir abonentə işlətmədiyi enerjinin pulu yazıla bilməz! Çünki sayğcın üzərində hansı rəqəm yazılırsa, onu da nəzarətçilərimiz oxuyur, olan borcu yazıb abonentlərə çatdırırlarlar! Amma görünən odur ki, Bakının bir çox yaşayış sahələrində işıq və qaz nəzarətçiləri , abonentlərin dediyinə görə, rəqəmlər şişirdilir və onlar işlətmədikləri enerji pulu yazılır! Hər halda , bu məsələlər aidiyyəti qurumlar tərəfindən daha ətraflı araşdırılmalı və çıxış yolu tapılmalıdır!
Emil FAİQOĞLU
Digər Xəbərlər
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20
Prezident və ailəsi "Formula 1"də - FOTOLAR + YENİLƏNİB
26 Sentyabr 2026 16:46
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 Sentyabr 2026 12:37
FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO
26 Sentyabr 2026 09:41
"Dinin məktəbdə nə işi var?"
26 Sentyabr 2026 09:10
"Orta məktəblərdə Hicab məsələsi çox şişirdilir..."
25 Sentyabr 2026 21:00
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLAR
25 Sentyabr 2026 20:07


Bakı -°C

