DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.
Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir".
Digər Xəbərlər

"Jek"lər ləğv olunur?

AHİK-dən məcburi üzvlük və göndərişlərin imtinası ilə bağlı RƏSMİ AÇIQLAMA

Paris aeroportunda övladları əllərindən alınan valideynlərlə bağlı səfirlikdən AÇIQLAMA

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

"70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik" - Cəmaləddin Quliyev

Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

ABŞ görüşünün "rüsvayçılığı": Duqin Putindən kimə cəza tələb edir?
