İlham Əliyev Muxtar Babayevlə bağlı sərəncam imzaladı

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.
Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.
Digər Xəbərlər

AHİK-dən məcburi üzvlük və göndərişlərin imtinası ilə bağlı RƏSMİ AÇIQLAMA

Paris aeroportunda övladları əllərindən alınan valideynlərlə bağlı səfirlikdən AÇIQLAMA

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

"70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik" - Cəmaləddin Quliyev

Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

ABŞ görüşünün "rüsvayçılığı": Duqin Putindən kimə cəza tələb edir?

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi
