"Sərhədlərimiz təhlükədə deyil" - İrandan Zəngəzurla bağlı açıqlama

İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi ilə bağlı razılaşmaya münasibət bildirib.
Adalet.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, "Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir".
"İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlər sırasındadır. Xarici aktorların bölgəyə müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik”, - deyə, sözçü vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı diplomatik şərh verdiyini açıqlayan Mühacirani qeyd edib ki, “Ölkə mediası məsələni şişirdərək elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Əslində isə bu, bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir”.
Digər Xəbərlər

Lavrov və Rubionun telefon danışığı oldu

Türkiyənin dörd vilayətində meşə yanır

Cənubi Koreyanın keçmiş birinci xanımının həbsinə order verildi

ABŞ bombardmançı təyyarələri Rusiya sərhədi yaxınlığında

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır

Ərdoğan Kavelaşvili ilə hərbi sahədə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

Pezeşkian Ermənistana üç günlük səfər edəcək
