ABŞ-Çin ticarətində yeni gərginlik: Tramp Çinə 100% gömrük rüsumu tətbiq edir
ABŞ prezidenti Donald Tramp noyabrın 1-dən etibarən ABŞ-nin hazırda ödədiyi tariflərə əlavə olaraq Çinə 100% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Adalet.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib:
“Çinin dünyaya son dərəcə düşməncəsinə bir məktub göndərərək ticarətdə qeyri-adi aqressiv mövqe tutduğu indicə öyrənildi. Bu məktubda onlar 1 noyabr 2025-ci il tarixindən etibarən istehsal etdikləri, hətta istehsal etmədikləri məhsullar da daxil olmaqla, demək olar ki, hər bir məhsula geniş ixrac nəzarəti tətbiq edəcəklərini açıqladılar. Bu qərar istisnasız olaraq bütün ölkələrə təsir edir və illər əvvəl açıq-aşkar bir beynəlxalq ticarət planı idi. Bu digər xalqlarla münasibətlərdə açıq-aşkar rüsvayçılıqdır, çünki Çin bu misilsiz mövqeyi tutdu və mən təhdid edilən digər xalqlar üçün deyil, yalnız ABŞ üçün danışıram: 1 Noyabr 2025-ci ildən başlayaraq, Çinin atacağı hər hansı əlavə addımdan asılı olaraq, Birləşmiş Ştatlar Çinə 100% gömrük rüsumu tətdbiq edəcək. Çinin belə bir addım atacağına inanmaq çətindir, amma bu bundan sonra da tarixin bir parçası olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

