“Hindistan silahları müharibənin nəticəsinə həlledici təsir göstərməyib”
“Son məlumatlara görə Ermənistan Rusiya lisenziyası ilə Hindistanda istehsalı olunan 8-12 ədəd Su-30 MKI qırıcısı almaq üçün müqavilə imzalamağa hazırlaşır”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“1.Bu günə qədər heç bir Hindistan istehsalı olan silah münaqişə və ya müharibənin nəticəsinə həlledici təsir göstərməyib.
2.Pakistan ilə bu günə qədər davam edən münaqişə və müharibələrdə Hindistan qırıcıları daim məğlub olub.
3. Bir dəfə belə hərbi uğuru olmayan məğlub Hindistan qırıcısını almaq üçün Ermənistandan başqa kimsə müştəri kimi müraciət etməyib.
4. Hindustan silahı çəkdiyi film kimidir. Bu barədə daha əvvəl Azvision.az-da məqaləm dərc olunub.
5. Ermənistan təkrar silahlanır və bu silahlar yalnız Azərbaycana qarşı istifadə məqsədi daşıyır. Odur ki, Ermənistanın ordusunun say tərkibinə və silahlanmasına işlək nəzarət mexanizmi olan məhdudiyyətlər qoyulmalıdır.
6. Ermənistan silahlanma yarışına başlamaqla kövrək sülhə ciddi kölgə salır.
7. Darmadağın erməni ordusunun mənəvi, psixoloji və döyüş hazırlığı vəziyyəti istənilən silahı yalnız biabır edəcək səviyyədədir.
8. Ermənistan qırıcı almağa 3 milyard dollar tapa bilirsə, o zaman ilk növbədə Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə kompensasiyanı ödəsin”, - deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Fevral 2026 14:55
“Azərbaycan sabitliyin paradiqmasını təklif edən lider dövlət kimi mövqe sərgiləyir...”
04 Fevral 2026 14:46
“Sülh müqaviləsi imzalanarsa, 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər...”
04 Fevral 2026 12:18
“Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq...”
04 Fevral 2026 12:17
Əliyevlə Paşinyan TRIPP-i müzakirə etdi
04 Fevral 2026 12:16
Azərbaycan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirəcək
04 Fevral 2026 12:09
Bələdiyyələrlə bağlı illik məruzə parlamentdə müzakirə ediləcək
04 Fevral 2026 12:05
İlham Əliyev Paşinyanla görüşdü - FOTOLAR + VİDEO
04 Fevral 2026 10:55


Bakı -°C

