““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
Ulduz” ədəbiyyat dərgisi ilə Azərbaycan Universitetinin birgə layihəsi olan “ “Ulduz”lu görüşlər” davam edir. Filologiya fakültəsinin jurnalda yaradıcılıq təcrübəsi keçən 4-cü kurs tələbələri üçün bu dəfə “Mütaliə mədəniyyəti” mövzusunda görüş keçirilib. Tədbir Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovanın təşəbbüsü ilə baş tutub.
Görüşdə ölkənin tanınmış ədəbiyyat və mətbuat nümayəndələri – “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Azərbaycan Universitetinin “Tərcümə və filologiya” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur iştirak ediblər.
Görüşün əsas mövzusu mütaliə mədəniyyəti və gənclərin kitaba marağının artırılması olub. Çıxış edənlər müasir dövrdə oxu vərdişlərinin formalaşdırılmasının vacibliyindən, kitabın insanın düşüncə tərzinə və dünyagörüşünə təsirindən danışıblar. Bildirilib ki, mütaliə yalnız bilik əldə etmək vasitəsi deyil, həm də insanın estetik zövqünün və analitik düşüncəsinin inkişafında mühüm rol oynayır.
Tədbir zamanı qonaqlar öz yaradıcılıq təcrübələrindən söz açaraq, gənclərlə səmimi fikir mübadiləsi aparıblar. Tələbələri maraqlandıran suallar cavablandırılıb, oxu vərdişlərinin formalaşdırılması ilə bağlı tövsiyələr verilib. Görüşdə təcrübəçi tələbə Fəzilə Aydəmirova öz yazdığı şeirləri təqdim edib.
Sonda qeyd olunub ki, bu cür görüşlər gənclərin ədəbiyyata marağının artırılması, mütaliə ənənəsinin gücləndirilməsi və intellektual mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər Xəbərlər
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08
“Ermənilərin məni və qardaşımı girov götürmək istədiklərini biləndə...” – Sabir Məmmədov
11 Mart 2026 14:06
"Bu dəqiqə evlənə bilərəm..." - 92 yaşlı tanınmış loğman
11 Mart 2026 13:48


Bakı -°C

