“Karapetyanın hakimiyyətə gəlişi yaxşı heç nə vəd etmir...” – Politoloq
““Güclü Ermənistan” partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına göndərdiyi video müraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji ittifaqı bərpa edəcəyini, diaspora ilə əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Samvel Karapetyan baş nazir Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibə başlayacaq” tezisinə belə cavab verib ki, o müharibəyə başlamaq fikrində deyil:
“Buna baxmayaraq, Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə “Artsaxda etnik təmizləmə həyata keçirilib” iddiasını səsləndirib. Paşinyan haqlıdır. Samvel Karapetyan kimi birisinin hakimiyyətə gəlişi sülh quruculuğuna və bölgə ölkələri arasında əməkdaşlıq üçün yaxşı heç nə vəd etmir. Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işi olsa da, fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda müxalifətdən olan namizədlərin təxribatçı açıqlamalarına reaksiya verməsinə ehtiyac var. Məsələn bəyan edilməlidir ki, Ermənistanda seçkidən sonra formalaşan hökumət sülh quruculuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bunun həm iki ölkə arasındakı münasibətlərə mənfi təsirləri olacaq, həm də bölgədə yeni müharibə riski yaradacaq. Bu bəyanat ona görə əhəmiyyətlidir ki, Ermənistan vətəndaşları seçkidə doğru seçim etsinlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15
"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi necə olacaqdı!?"
28 May 2026 16:36
Slovakiya Prezidenti: Azərbaycana rəsmi səfərimi səbirsizliklə gözləyirəm
28 May 2026 15:27
"Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir" - Prezident
28 May 2026 15:18
"Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28 May 2026 12:55
“Bir dəfə yüksələn bayraq bir daha enməz!” - Türkiyə MN-dən təbrik
28 May 2026 11:41


Bakı -°C

