“Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb”
“Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan–Rusiya münasibətləri hazırda indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. “Bunun əksini göstərməyə çalışanlar əsl xarici agentlərdir", - baş nazir qeyd edib. Nikol Paşinyan açıqlamasının bu hissəsinin barıtını çox edib. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə sön görüşündəki müzakirələr münasibətlərin hamar olmadığından xəbər verirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əgər Paşinyan iki ölkə arasındakı siyasi münasibətlərdəki gərginliyə rəğmən, iqtisadi münasibətlərin sabitliyinə işarə edibsə, burda da rəqəmlər geriləməni göstərir:
“Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Halbuki, iki il əvvəl dövriyyə 11 milyard dollar idi. Görünür, Paşinyan “münasibətlər yüksək səviyyədədir” deməklə seçki öncəsi seçiciləri narahatlıq üçün əsas olmadığına inandırmağa çalışır. Paşinyan həm də Kreml mesaj göndərir ki, “mən seçkidə qələbə qazacanağıma görə, münasibətləri gərginləşdirməyək”. Kremldə Ermənistan istiqamətinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko cavabdehdir. O isə erməni həmkarlarıyla görüşlərdən imtina edib. Ancaq orası da var ki, Kremldə Paşinyanın üstündən xətt çəksələr də, Ermənistanda parlament seçkisindən sonra böyük ehtimalla yenidən onunla yola davam etmək məcubiriyyətində qalacaqlar”.
Politoloq bildirib ki, Nikol Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb:
“Müxalifət liderlərinini bir-birləri ilə yarışaraq sülh şərtlərinə yenidən baxılmasından danışdıqlarını xatırladan Paşinyan rəqiblərinin Azərbaycanla müharibədə maraqlı olduğunu fikrini bir daha səsləndirib. Həqiqətən, “sülh şərtlərinə yenidən baxılmalıdır” nə deməkdir? İki ölkə arasında sülh sazişi paraflanıb, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar. Erməni radikallar isə açıq deməsələr də, ona işarə edirlər ki, reallıqları nəzərə almayaraq mövcud şərtlər altında Azərbaycanla sülh sazişi imzalamayacaqlar, müxtəlif “tələblər” irəli sürəcəklər. Elə bu “tələblərə” görə iki ölkə arasında 26 il davam edən danışıqlar nəticə vermədi və Azərbaycan güc yolu ilə ərazi bütövlüyünü təmin etdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Aprel 2026 12:38
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
18 Aprel 2026 12:37
"Geosiyasi qeyri-sabitlik Orta Dəhlizin əhəmiyyətini artırır" - Elçin Əmirbəyov
18 Aprel 2026 12:25
Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib - FOTOLAR
18 Aprel 2026 12:16
Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü
18 Aprel 2026 12:10
“Bir hərbi əməliyyatla Livandakı “Hizbullah” hərəkatını bitirmək...”
18 Aprel 2026 12:10
“İranın Zəngəzur dəhlizinə mane ola bilməsi yeni böhrana yol aça bilər”
18 Aprel 2026 09:00
İlham Əliyev və Ərdoğan görüş yerini eyni avtomobildə tərk etdilər - VİDEO
17 Aprel 2026 21:45


Bakı -°C

