adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 10:12
72
SİYASƏT
A- A+

“Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlıq etməsi mümkündür”

“Azərbaycanla Ukrayna arasında siyasi-iqtisadi, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Danışıqlarda əsas enerji və təhlükəsiz sahəsi əsas predmet olacaq. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə daima humanitar yardımlar göstərir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, Azərbaycan və Ukrayna daima bir-birinə dəstək olub və bundan sonra da qarşılıqlı dəstək olacaq:

“Ukraynanın və Azərbaycanın döyüş sahəsində böyük təcrübəsi var. Məhz Azərbaycan PUA-lardan müdafiə olunmaq üçün Ukraynanın təcrübəsindən istifadə edə bilər. Ukraynanın yeni anti -dronlar tətbiq etməklə, Rusiyanın ŞAHED pualarına qarşı uğurlu şəkildə tətbiq edir. Ukrayna Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin PUA-lardan müdafiəsi üçün öz hərbi təlimatçıları ilə təlim keçir. Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlıq etməsi mümkündür”. 

M.Əsədullazadənin sözlərinə görə, Ukrayna Rusiyaya qarşı kifayət qədər hərbi mövqeyini gücləndirib:

“Ölkənin güclü və inkişaf etmiş müdafiə sənayesi sistemi qurulub. Bu ölkə müdafiədən hücuma keçərək, güclü olduğunu ortaya qoyur.Ukrayna keçmiş post-sovet məkanının kilid ölkəsidir. Bu ölkənin təhlükəsizliyi həm Cənubi Qafqaz, həm də Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edir. Rusiya Ukraynada qalib gələrsə, Avropa və post-sovet məkanına təzyiqləri artıracaq. Ona görə də Ukraynanın güclü olması və bütün ölkələr tərəfindən dəstəklənməsi geosiyasi təhlükəsizliyin təmininə çevrilib”.

Vasif ƏLİHÜSEYN