İlham Əliyev CAR Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı ölkənin milli bayramı olan Azadlıq Günü münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər Xəbərlər
27 Aprel 2026 13:12
İlham Əliyev və Çexiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış etdilər - FOTO
27 Aprel 2026 12:56
İlham Əliyevin Babişlə geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİB
27 Aprel 2026 12:12
Milli Məclis bir neçə beynəlxalq sazişi ratifikasiya edib
27 Aprel 2026 12:11


Bakı -°C

