Məleykə Abbaszadədən Mikayıl Cabbarovla bağlı açıqlama: "Əleyhinə idim..."
2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlərdir. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, həmin ildə təhsil naziri Mikayıl Cabbarovun təkidi ilə xarici dil fənni buraxılış imtahanına daxil edildi: “Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən isə sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənnləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.
DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır.
Digər Xəbərlər
07 Noyabr 2026 14:12
“Zəngilan Müasir Təhsil Kompleksinin binası xalqımızın yüksək mədəniyyətini...”
07 Noyabr 2026 12:14
Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb
06 Noyabr 2026 09:32
LDU-da Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin açılışı olub
05 Noyabr 2026 10:22
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 09:45
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25


Bakı -°C

