Qəzet oxuyanlar niyə azalıb?
Biz çox vaxtı belə söhbətin şahidi oluruq. İki adam bir- biri ilə söhəbət edəndə deyir ki, əşi, indi qəzet oxuyan kimdi? Sosial şəbəkələr , saytlar çıxsmdan sonra qəzet oxuyan lap azalıb. Çünki çoxlu sayda insanlar informasiyaları ya sosial şəbəkəlrədən , ya saytlardan , ya da həmin qəzetlərin elektron variantlarından alır. Az sayda oxucu pul verib qəzet alır. Əvvəllər 15- 20 min tirajla çıxan qəzetlər indi 1500- 5000 nüsxə çap edilir.
Üstəlik də, bu qədər qəzetin heç yarısı satılmır. Satılmayan qəzetlər isə üzüqara qız kimi redaksiyaları qaytarılır..Bilirsiniz , bu nə deməkdir? Bu, artıq qəzetlərin can verməsi deməkdir. Qəzetlərə axırıncı güclü zərbə bu ilin fevralında dəydi. Yəni bütün redaksiyalar qışın oğlan çağında , ağına- bozuna baxılmadan " Azərbaycan" Nəşriyyatından çıxarıldı.Bir qədər imkanı olanlar yer tapdı, imkanı olmayanlar isə çöllərdə qaldı.
Tay bundan sonra qəzetin nə hörməti, nüfuzu qalacaq. Qəzet köşklərində qəzetdən başqa hər şey satırlar, bircə qəzet satmırlar! Yəni hər tərəfdən qəzetin nəfəsliyi bağlanıb və həm də qəzetlərin " kitabı" bağlanıb! Amma insanların ürəyində qəzet sevgisi bu gün də yaşayır. Və yaşlı nəslin nümayəndələri qəzet alıb oxuyur , onu yaşadır. Əgər 20-25 il bundan əvvəlki kimi qəzetlərin satışı düzgün təşkil edilsə , müyyən qurumlar tərəfindən kömək edilsə, qəzet oxuyanlar da çox olar, hər bir qəzet də yaşayar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
14 Noyabr 2026 23:28
Leyla Əliyeva COP31-də qadın liderlərin iqlim təşəbbüslərindən danışdı - FOTOLAR
14 Noyabr 2026 19:08
DYP sürücülərə müraciət etdi - FOTO
14 Noyabr 2026 15:24
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib - FOTOLAR
14 Noyabr 2026 12:58


Bakı -°C

