“Avropa İttifaqı və Rusiya danışıqları müsbət nəticə verə bilər”
“Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara başladıqlarını qeyd edib. ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır. ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub. Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində D. Tramp – V. Putin sövdələşməsi baş tutmadı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ukrayna hazırda hərbi baxımdan mövqeyini kifayət qədər möhkəmləndirir:
“ABŞ-ni danışıqlar prosesindən kənarlaşdırmaq üçün yeni mexanizmlər üzərində işlənilir. Demək olar ki, bu müharibədə əsas söz sahibi təkcə ABŞ deyil, məhz Böyük Britaniya və Avropa İttifaqıdır.V.Putin proseslərə məntiqli və praqmatik yanaşarsa, Avropa İttifaqı ilə danışıqlar masasına oturmalıdır. Çünki Avropa bu müharibəyə öz təhlükəsizliyi və gələcəyi prizmasından yanaşır. Təbii ki, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri iki il əvvəlki dövrlə müqayisədə daha da güclənib və Rusiyaya təzyiq etmək imkanlarına malikdirlər. Hazırda Kiyev əsasən Vaşinqtonla deyil, Brüssel və Londonla məsləhətləşmələr aparır.Rusiya və Avropa İttifaqı arasında danışıqlar baş tutarsa, münaqişənin həllində yeni müsbət imkanlar yarana bilər”.
Vasif
Digər Xəbərlər
17 Iyun 2026 18:35
Kamran Əliyev İƏT nümayəndələri ilə görüşdü
17 Iyun 2026 18:18
ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
17 Iyun 2026 17:41
Prezident Administrasiyasında Ümid Partiyasının sədri ilə görüş keçirilib
17 Iyun 2026 17:17
Oman Sultanı İlham Əliyevi təbrik etdi
17 Iyun 2026 17:00
Sahibə Qafarova Abraham Hamada ilə görüşdü
17 Iyun 2026 16:45
Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək
17 Iyun 2026 16:31
Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır
17 Iyun 2026 15:58


Bakı -°C

