Rossbax İlham Əliyevə təşəkkür edib
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF 13) uğurlu təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Adalet.az xəbər verir ki, Anaklaudia Rossbax bununla bağlı dövlətimizin başçına ünvanlandığı məktubunda qeyd edib: “WUF13-ə misilsiz uğurla ev sahibliyi etdiyinizə görə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) adından Sizə və hökumətinizə ən dərin minnətdarlığımı bildirirəm. WUF13 dünya miqyasında mənzil icması və UN-Habitat üçün mühüm mərhələ oldu. Forum dünya üzrə rekord sayda iştirakçını bir araya gətirdi. Onlar davamlı şəhərsalmanın inkişafında irəliləyişə sadiq olan milli və yerli hökumətləri, vətəndaş cəmiyyətini, akademik dairələri, özəl sektoru, gənclər qruplarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri təmsil edirdilər.
WUF13, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda keçirilən ilk Ümumdünya Şəhərsalma Forumu Sessiyası kimi tarixi əhəmiyyət kəsb etdi. WUF13-ün uğurla keçirilməsi Azərbaycan Hökumətinin və xalqının güclü öhdəliyini, rəhbərliyini və qonaqpərvərliyini əks etdirir. UN-Habitat ilə Azərbaycan arasında sıx əməkdaşlıq Sessiyanın bütün substantiv, operativ və logistik sahələrdə səmərəli şəkildə hazırlanmasını və təşkilini təmin etmək baxımından həlledici rol oynadı.
WUF13 bir sıra iddialı nəticələrlə yadda qaldı, o cümlədən “Bakı Fəaliyyətə Çağırış” və Nazirlər Görüşünün yekun sənədi (Sədrlərin Xülasəsi), həmçinin Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük “Urban Expo” sərgisi təşkil etdi. WUF13, həmçinin WUF Akademiyası, Biznes və İnnovasiya Mərkəzi və Təcrübə Mərkəzi kimi bir çox yeni və innovativ təşəbbüslər təqdim etdi ki, bu da WUF-un zəngin dialoq, bilik mübadiləsi, tərəfdaşlıqlar və praktiki şəhərsalma həlləri platforması kimi mövqeyini daha da gücləndirdi.
WUF13-ün bu nəticələri və təcrübəsi qlobal əməkdaşlığın gücləndirilməsinə, Yeni Şəhər Gündəliyinin və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının irəlilədilməsinə yol açdı və çox vacib töhfə verdi.
WUF13, həmçinin mühüm irslər qoydu. Bunlara gələcək Ümumdünya Şəhərsalma Forumu sessiyaları üçün operativ bələdçinin hazırlanmasına töhfə verəcək “WUF13 Bakı Standartları”, habelə Bakı Şəhərsalma Mükafatı daxildir”.
Digər Xəbərlər
08 Avqust 2026 15:31
“Prezident müharibəni, eyni zamanda sülhü qazandı” - Hikmət Hacıyev
08 Avqust 2026 14:04
Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama
08 Avqust 2026 13:29
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi - Elxan Şükürlü yazır
08 Avqust 2026 12:49
Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi
08 Avqust 2026 11:51
Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib
08 Avqust 2026 11:45
“İlham Əliyev öz ardıcıl xarici siyasəti ilə ölkəmizi brend ölkəyə çevirdi”
08 Avqust 2026 10:42
"Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb"
08 Avqust 2026 10:40


Bakı -°C

