“Zəngəzur dəhlizi təkcə Orta Dəhlizin yeni qolu deyil”
“Bu gün keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji siyasətinin son 30 illik inkişaf yoluna və qarşıdakı hədəflərinə dair mühüm mesajlar vardı. Həqiqətən də Azərbaycan son 30 ildə ardıcıl şəkildə 3 böyük enerji mərhələsindən keçir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, birinci mərhələ neft strategiyası idi:
“Vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşacağına inanmayanlar az deyildi. Azərbaycanın kifayət qədər resursa malik olmadığı, layihənin iqtisadi baxımdan özünü doğrultmayacağı barədə çoxsaylı şübhələr səsləndirilirdi. İkinci mərhələ qaz strategiyası oldu. Dəyəri 40 milyard dollarla ölçülən Cənub Qaz Dəhlizinin həyata keçirilməsi dövründə də müxtəlif maneələr, tərəddüdlər və skeptik yanaşmalar mövcud idi. Lakin bu gün Azərbaycan qazı artıq 16 ölkəyə çatdırılır və Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib”.
İqtisadçının sözlərinə görə, hazırda isə ölkə üçüncü böyük mərhələyə daxil olub:
“Bu mərhələ alternativ və yaşıl enerji strategiyasıdır. Azərbaycanın günəş, külək və hidroenerji pote nsialı kifayət qədər böyükdür. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrin aparıcı şirkətləri artıq bu sahəyə iri investisiyalar yatırırlar. Hüquqi baza formalaşıb, beynəlxalq tərəfdaşlıqlar qurulub, yaşıl enerji ixracı istiqamətində konkret layihələr icra edilir. 2022-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerji dəhlizi təşəbbüsü də bu strategiyanın mühüm tərkib hissəsidir. Prezidentin çıxışında diqqət çəkən digər vacib məqamlardan biri nəqliyyat və logistika imkanları ilə bağlı idi. Zəngəzur dəhlizi təkcə Orta Dəhlizin yeni qolu deyil. Bu marşrut gələcəkdə Şərq-Qərb istiqamətində yükdaşımaların genişlənməsinə xidmət etməklə yanaşı, Şimal-Cənub və Cənub-Qərb istiqamətlərində formalaşan yeni ticarət və nəqliyyat axınlarının da vacib hissəsinə çevrilə bilər. Bu isə Azərbaycanın enerji və logistika mərkəzi kimi rolunu daha da gücləndirir. Son 30 ilin təcrübəsi göstərir ki, vaxtilə mümkünsüz hesab edilən neft və qaz layihələri necə reallığa çevrilibsə, yaşıl enerji istiqamətində qarşıya qoyulan hədəflər də eyni strateji yanaşma ilə həyata keçirilə bilər. Ən önəmlisi isə odur ki, yaşıl enerji strategiyası Azərbaycanın enerji tarixində ilk dəfə olaraq neft və qaz ehtiyatlarından kənarda yeni dəyər zənciiri formalaşdıracaq, qeyri-neft-qaz sektorunda enerji əsaslı yeni iqtisadi artım mənbələri yaradacaqdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

