Azərbaycanı kimlər İran cəhənnəminə itələyir?
“Azərbaycanın coğrafi mövqeyi 300 il ərzində onun əleyhinə qərarların verilməsinə şərait yaradıb. Düzdür, bu cür yanaşma hökmdən çox hipotez ola bilər, lakin 300 ildə baş verən geosiyasi hadisələrin təhlili göstərir ki, Şimalda Rusiya, Cənubda isə İranın bir – birinə qarşı müharibələrinin istinad və cəbhə nöqtəsi Azərbaycan olub deyə, bunun acısını yaşamışıq. Bizdən Qərbdə yerləşən üçüncü imperiya və ya varisi sırf qardaş olduğumuza görə sonrakı siyasi proseslərdə coğrafi olaraq cəzalandırılmalara məruz qalıb və Naxçıvanı MR-a çevirməklə, araya Ermənistan adlı süni dövləti qoymaqla Türkiyənin regiona birbaşa girişini bloklayıblar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, bu da başqa bir maraqlı müşahidədir ki, iki regional imperiyanın varisi ilə münasibəti müzakirə və dialoq masasında saxlaya bilməklə, üstəgəl, işğal rejimini dəyişdirməklə və hətta Şimal və Cənub qonşularımızın birbaşa dəstəyini alan düşməni məğlub etməklə, son 300 ilin və 30 ilin məğlubiyyətə əsaslanan formalaşmış münasibətlər zəncirini də qırdı:
“Məlum əlaqələr isə hələ də davam edir və 2025-ci ilin yanvarında Rusiya ilə İran tarixi bir sənəd imzaladı: 20 illik Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi. Bu müqavilə hərbi, iqtisadi, siyasi sahələri əhatə edir. Sanksiya altında olan iki ölkənin Qərb maliyyə sistemlərini bypass etmək üçün ortaq maraqları var.Azərbaycan bu ittifaqın tam coğrafi qovşağında yerləşir: şimalda Rusiya, cənubda İran. Bu iki ölkənin eyni vaxtda Azərbaycana təzyiq göstərməsi isə artıq sadə təsadüf deyil.Biz artıq bunu regionun son 300 illik tarixini təhlil edərkən görə bilirik. 2026-cı ilin martında Orta Şərqdə davam edən İsrail-ABŞ-İran müharibəsi qəfildən Azərbaycanın qapısını döydü. Mart ayının 5-də İranın dörd dronu Azərbaycanın Naxçıvan eksklavı üzərindən keçərək Naxçıvan Beynəlxalq Aeroportunun terminalını dağıtdı. Bir dron isə Şəkərabad kəndi yaxınlığındaki məktəb binasının yanına düşdü. Dörd mülki vətəndaş yaralandı. Sadə bir səhvdən söhbət belə gedə bilməz. Prezidentin cavabı da göstərirdi ki, bəzi qüvvələr Azərbaycana mesaj verib və bu, böyük bir mesajdır. Lakin bu mesajı kimin göndərdiyi sualı bir o qədər sadə cavab tələb etmir. Azərbaycanın son iki ilin hadisə xronologiyasına baxanda aydın olur ki, bu ölkə bir neçə güclü aktorun fərqli məqsədlər uğrunda eyni vaxtda həm istifadə etməyə çalışdığı, həm də hədəf aldığı bir məkana çevrilib.Günün əsas sualı da məhz budur: Azərbaycanı İran cəhənnəminə kim itələyir?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23


Bakı -°C

