“Mədəniyyət sahəsində müsabiqə anlayışını uzun müddətliyinə ləvğ etmək lazımdır”
“Kitabxana mövzusu gündəmdəykən bir neçə fikrimi bölüşmək istədim.Kitabxana elə bir intellektual məkandır ki, yenilik onun çölündə, formasında deyil, içində, məzmununda baş verməlidir. Bizim dövlət kitabxanalarının oxucuları, təəssüf ki, 40-50 il bundan əvvəl dünyalarını dəyişiblər. Yəni kitabxanaların ümumi səviyyəsi 40-50 il əvvəlin oxucularının oxuyacağı kitablardan ibarətdir. Uzun rəflərdə müasir oxucuları maraqlandıran mövzulardan bəhs edən iki-üç kitab olar, ya olmaz. Bunun da səbəbi kitabların müsabiqə yoluyla seçilməsidir”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O, bildirib ki, biz hələ istənilən müsabiqə yolu ilə yaxşıların içindən ən yaxşını deyil, pisin içindən nisbətən yaxşısını seçirik:
“Və bu seçimdə şəxsi münasibətlər müsabiqənin şərtlərini bir telefon zəngi ilə sıfırlaya bilir.“Ankor yağına” poema yazan keçmiş məmur yazar kim, “Qız qalası”ni Nizami Gəncəvinin öz cibinin puluyla tikdirdiyini elmi-kütləvi əsər kimi təqdim edən kim, nə bilim, öz uydurmalarını qədim Azərbaycan tarixi kimi çoxcildlik araşdırma əsərləri olaraq göndərən kim, “Kommunist” qəzetində vaxtilə dərc etdiyi məqalələri tələm-tələsik kitab halına salıb milli-məməli irs adıyla nəşr olunmasına israr edən kim və s. yüzlərlə bu cür müəllif kitabları çox asanlıqla kitabxanalarımıza yol tapa bilir”.
Onun sözlərinə görə, Azərbaycan oxucusunun bu gün kitabxanalardan üz döndərməsi təşvişə yox, alqışa layiqdir:
“Çünki kitabxanalarımızın ümumi səviyyəsi cəmiyyətimizin ümumi səviyyəsindən çox geridədir. Ümumiyyətlə, mədəniyyət sahəsində bu müsabiqə anlayışını uzun müddətliyinə ləvğ etmək lazımdır. Təcrübə göstərir ki, mədəniyyətimizdəki durğunluğun səbəbi məhz müsabiqə yoluyla aparılan seçimlərdir. Mədəniyyət sahəsində hər bir yaradıcılıq növü üzrə çağın tələblərinə uyğun proqramlar hazırlanmalı və bu proqramların icrası işi bilən ekspertlərə, yaradıcı qruplara həvalə olunmalıdır. Digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də demokratikləşmə prosesinə hələ hazır deyilik.Müsabiqə qalibi olmuş elə şəxslər olub ki, şəxsən mənə zəng edib Abdulla Şaiqin son zamanlar niyə yazmadığını soruşublar. Sən demə, məktəbli uşaqlarla müasir yazarların görüşlərini təşkil edəcəkmişlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37
Açıq-aşkar biabırçılıqdır – SEYMUR BAYCAN yazır
23 Iyul 2026 18:02
ELMİN VƏ ƏDƏBİ FƏALİYYƏTİN QOVŞAĞINDA
22 Iyul 2026 13:30
Könüllülər Ədəbiyyat Muzeyinin Aran filialında oldular
22 Iyul 2026 13:11
Onun ölümündən sonra Tofiq Bakını tərk etdi - Anar
22 Iyul 2026 09:57
QƏLƏMİN İŞIĞI, HƏQİQƏTİN SƏSİ – AZƏRBAYCAN MİLLİ MƏTBUATININ ŞƏRƏFLİ YOLU
22 Iyul 2026 09:29


Bakı -°C

