adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 10:44
66
SİYASƏT
A- A+

“Bunun Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vuracağını düşünmürəm”

Xəbər verdiyimiz kimi, “Rosselxoznadzor” 2026-cı il iyunun 12-dən etibarən mənşə ölkəsi və göndərilmə yeri Ermənistan olan bütün karantin nəzarətindəki məhsulların Rusiyaya idxalını, həmçinin onların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə tranzitini məhdudlaşdırır.

Məsələylə bağlı Adalet.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, bu cür addım elə bir ciddi təsir göstərməyəcək:

“Deyək ki, Rusiya Ermənistan məhsullarının ölkəyə idxalına qadağa qoydu. Bunun Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vuracağını düşünmürəm. Çünki Ermənistan o məhsulları ikinci, üçüncü əl vasitəsi ilə Türkiyə bazarlarına da çıxara bilər ki, bu da istər-istəməz Ermənistan ticarətinin davam etdirilməsi kimi ola bilər. Bu gün üçün Rusiyanın bu addımı az bir effekt göstərə bilər. Ona görə düşünürəm ki, ən yaxşı halda bu addım qarşılıqlı təsir göstərəcək”.  

Vasif ƏLİHÜSEYN