Zahid Oruc: Qurtuluşdan Zəfərə gedən yol Azərbaycanın dövlətçilik tarixini dəyişdi
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, 15 İyun təkcə 1993-cü ilin hadisələri ilə deyil, Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtələrini özündə birləşdirən simvolik gündür.
Adalet.az-ın xəbərinə görə, o qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və gələcək qələbələrin əsasının qoyulmasına şərait yaradıb. Deputatın sözlərinə görə, Qarabağın azad olunması ilə Azərbaycan həm ərazi bütövlüyünü bərpa edib, həm də uzun illər davam edən münaqişəyə son qoyub.
Zahid Oruc vurğulayıb ki, hər iki Qarabağ müharibəsi eyni məqsədə xidmət edib və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər ölkənin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirib.
Komitə sədri əlavə edib ki, Azərbaycan Qurtuluşdan Zəfərə gedən yolda işğal, məğlubiyyət və siyasi asılılıq dövrünü geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Digər Xəbərlər
12 Iyun 2026 12:22
Prezident Administrasiyasında Qiyas Sadıqov ilə görüş keçirildi
12 Iyun 2026 11:43
Milli Məclisdə ötən ilin dövlət büdcəsi müzakirə olunur
12 Iyun 2026 11:20
Sahibə Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı
12 Iyun 2026 11:18
Əliyev Putini təbrik etdi
12 Iyun 2026 11:14
Milli Məclis Prezident və xanımını təbrik etdi
12 Iyun 2026 11:12
İlham Əliyev Filippin Prezidentini təbrik edib
12 Iyun 2026 11:05
Parlamentdə növbədənkənar sessiya: 10 məsələ müzakirəyə çıxarılır
12 Iyun 2026 11:00


Bakı -°C

