Prezident Administrasiyasında Qiyas Sadıqov ilə görüş keçirildi
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov ilə görüşüb.
Bu barədə Adalet.az-a partiyanın Mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, görüş zamanı Azərbaycan Xalq Partiyasının fəaliyyəti, ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiya çərçivəsində aparılan islahatlar, habelə dünya və regionda cərəyan edən proseslər müzakirə olunub. Bildirilib ki, siyasi partiyaların inkişafı istiqamətində dövlət tərəfindən atılan hər bir addım bilavasitə ali siyasi iradənin təzahürüdür və ölkədə fəaliyyət göstərən partiyalar yaranmış bu münbit mühitdən mütləq istifadə etməlidir.
Siyasi partiyaların ölkənin ictimai həyatında daha fəal mövqe tutması bilavasitə demokratik münasibətlərin təzahürü kimi qiymətləndirilib və bildirilib ki, sözügedən proses Azərbaycanın milli dövlətçilik ənənələrinin dərinləşməsinə xidmət edir. Cəmiyyətdə ictimai konsensusun qorunmasına yönəlmiş sağlam iqtidar-müxalifət dialoqunun inkişafı bütün vətənsevər qüvvələrin marağına cavab verməlidir. Qeyd olunub ki, bu mənada siyasi dialoqda iştirak etmək demokratik inkişafa dəstək göstərmək deməkdir.
Fikir mübadiləsi çərçivəsində həmçinin vaxtaşırı təkrarlanan qərəzli informasiya manipulyasiyalar ilə mübarizədə siyasi partiyaların rolu xüsusilə vurğulanıb. Bildirilib ki, Azərbaycan ilə əlaqədar obyektiv və adekvat məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması kimi strateji məsələlərdə dialoqda iştirak edən siyasi partiyalar daha aktiv mövqe nümayiş etdirməlidir.
44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Azərbaycanın müasir tarixində yaşanan yeni inkişaf mərhələsi həm də Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti ilə səciyyələndiyi qeyd olunub. Belə ki, siyasi sabitliyin qorunmasında partiyaların demokratik siyasi təsisat kimi rolu vurğulanıb və qeyd olunub ki, son 5-6 il ərzində mövcud istiqamətdə aparılan islahatlar məhz qeyd olunan vəzifəyə xidmət edir.
Dayanıqlı inkişafda müstəsna əhəmiyyət daşıyan siyasi sabitliyin və milli dövlətçilik ənənələrinin qorunması sədrlik etdiyi Partiyanın ali məqsədlərindən olduğunu bildirən Qiyas Sadıqlı mövcud istiqamətdə aparılan əməkdaşlıq əlaqələrinə daim sadiq qalacağını vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda dövlət və cəmiyyətin inkişafına xidmət edən sağlam əməkdaşlıq ruhuna cavab verən fəaliyyətdə Azərbaycan Xalq Partiyasına uğurlar arzulayıb.
Digər Xəbərlər
12 Iyun 2026 11:44
Zahid Oruc: Qurtuluşdan Zəfərə gedən yol Azərbaycanın dövlətçilik tarixini dəyişdi
12 Iyun 2026 11:43
Milli Məclisdə ötən ilin dövlət büdcəsi müzakirə olunur
12 Iyun 2026 11:20
Sahibə Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı
12 Iyun 2026 11:18
Əliyev Putini təbrik etdi
12 Iyun 2026 11:14
Milli Məclis Prezident və xanımını təbrik etdi
12 Iyun 2026 11:12
İlham Əliyev Filippin Prezidentini təbrik edib
12 Iyun 2026 11:05
Parlamentdə növbədənkənar sessiya: 10 məsələ müzakirəyə çıxarılır
12 Iyun 2026 11:00


Bakı -°C

