adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 10:43
66
MARAQLI
A- A+

Bu obyekt kimindir?

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində " Ana- bala" abidəsinin qoyulduğu yerdə  deyilənlərə görə, iki hektara yaxın yerdə möhtəşəm bir park salınacaq! Çox ğözəl!Bu məqsədlə həmin ərazidə yerləşən bazar, mağazalar və digər ticarət köşklərinin hamısı sökülüb! Amma birindən başqa .

Həmin obyektin şəklini də çəkmişik! Neçə olur ki, bütün ticarət obyektlərinin hamısı sökülür, amma bu obyekt qalır? Məsələnin də qaranlıq tərəfə budur. Bu sualı sakinlər bizim redaksiya da ünvanlayır.Lakin biz suala cavab verə bilmədik. Deyilənlərə görə, bu obyekt yüksək vəzifəli  bir məmurundur. Faktları aydınlaşdırmaq üçün Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar müəllimlə əlaqə yaratmaq istədik.Dəfələrlə zəng vursaq da çox təəssüf ki, ondan cavab ala bilmədik!

Ona görə də digər icra orqanlarından bu məsələ ilə bağlı açıqlama gözləyirik. Parkın yaxınlığında həm də yüksək mərtəbəli bina da inşa ediləcək.Ancaq bəzi qurumlar bu tikintinin olacağını nədənsə gizli saxlamaq istəyirlər! Amma sakinlər deyirlər ki, orda artıq tikinti şirkətinin ofisi fəaliyyət göstərir, ev tikilməmişdən öncə alqı- satqı əməliyyatı həyata keçirilir! Ona görə də, sakinlər narahatdır.Onlar öyrənmək istəyirlər ki, burda  park tikirlər, yoxsa yüksək mərtəbəli bina?! Üstəlik də  parkda tikinti işləri aparan maşın və texnikanın səsindən sakinlərin nə gecəsi var, nə də gündüzü!!!

Emil FAİQOĞLU