Yaponiyada “insan soyuducusu” hazırlandı
Yaponiyada həddindən artıq istilərlə mübarizə üçün “şəxsi soyutma kabini” adlı yeni cihaz təqdim olunub.
Adalet.az-ın məlumatına görə, istehsalçılar bildirirlər ki, bu texnologiya istifadəçinin bədən temperaturunu cəmi 10 dəqiqə ərzində sürətlə aşağı salaraq kondisioner və ventilyatorlardan daha effektiv soyutma təmin edir.
“Do Hiemon” adlanan kabin 2,1 metr hündürlükdədir və paslanmayan poladdan hazırlanıb. Qurğunun daxilində temperatur 15 dərəcə Selsiyə qədər endirilir, eyni zamanda, 5 dərəcəlik soyuq hava birbaşa istifadəçinin başına, boynuna, çiyinlərinə və kürəyinə yönəldilir.
İstehsalçıların sözlərinə görə, bu üsul istilik vurması və yüksək temperaturun yaratdığı yorğunluq əlamətlərini adi kondisioner və ya ventilyatordan daha qısa müddətdə aradan qaldırmağa kömək edir.
Son illər dünyada müşahidə olunan rekord istilər və istilik dalğaları bu cür innovativ soyutma həllərinə marağı artırıb. Xüsusilə Yaponiyada havanın temperaturunun 40 dərəcəni keçməsi yeni texnologiyaların hazırlanmasını sürətləndirib.
Təxminən 1,5 milyon yen (təxminən 17 min ABŞ dolları) qiymətinə satışa çıxarılan cihazın istismar xərclərinin isə olduqca aşağı olduğu bildirilir.
Şəxsi istifadə üçün də nəzərdə tutulan kabinin əsas tətbiq sahələrinin fabriklər, anbarlar və yüksək temperatur səbəbindən insanların təcili soyudulmasına ehtiyac duyulan ictimai məkanlar olacağı qeyd edilir.
Digər Xəbərlər
14 Avqust 2026 08:51
80 minlik “Pokemon” kartları oğurladılar
11 Avqust 2026 14:52
Bu tərliklər ayağın formasını dəyişə bilər
11 Avqust 2026 10:32
Okeanlar heç vaxt belə isti olmayıb
10 Avqust 2026 16:04
Rza Rzayev: Nəsə ağır söhbət oldu!!!
10 Avqust 2026 09:15
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar
09 Avqust 2026 19:00
İnsanlar başqalarının sözünü niyə kəsir?
09 Avqust 2026 18:41
Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
09 Avqust 2026 18:03


Bakı -°C

