80 minlik “Pokemon” kartları oğurladılar
Fransanın şərqindəki Burquan-Jalyö şəhərində kolleksiya kartlarının satışı ilə məşğul olan mağazaya basqın edilib. Hadisə zamanı təxminən 80 min avro dəyərində “Pokemon” kartları oğurlanıb.
Adalet.az xəbər verir ki, AFP-yə danışan mağaza meneceri hadisənin səhər saat 04:00 radələrində qeydə alındığını bildirib.
Məlumata görə, dörd maskalı şəxs əsas qapıdan mağazaya daxil olaraq “Smogtrade” mağazasından yüzlərlə kolleksiya kartı götürüb. Siqnalizasiya sisteminin işə düşməsindən sonra isə onlar avtomobillə hadisə yerindən qaçıblar.
Oğurlanan kartların, demək olar ki, hamısı Yaponiyanın məşhur “Pokemon” franşizasına aid olub.
Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətə satılan “Pokemon” kartları Fransada və dünyanın müxtəlif ölkələrində oğruların diqqətini cəlb edir.
2024-cü ilin fevralında Fransanın Renn şəhərində təxminən 100 min avro dəyərində on minlərlə “Pokemon” kartını oğurladıqları üçün üç nəfər həbs cəzasına məhkum edilib.
Ötən ilin yanvarında isə İngiltərədə ixtisaslaşmış bir mağazadan təxminən 87 min avro dəyərində “Pokemon” kartları oğurlanıb.
Həmin ilin fevralında isə nadir “Pikachu” kartlarından biri hərracda 14,3 milyon avroya satılaraq rekord müəyyənləşdirib.
Hazırda Fransanın Burquan-Jalyö şəhərindəki mağazadan oğurlanan kartlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
11 Avqust 2026 14:52
Bu tərliklər ayağın formasını dəyişə bilər
11 Avqust 2026 10:32
Okeanlar heç vaxt belə isti olmayıb
10 Avqust 2026 16:04
Rza Rzayev: Nəsə ağır söhbət oldu!!!
10 Avqust 2026 09:15
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar
09 Avqust 2026 19:00
İnsanlar başqalarının sözünü niyə kəsir?
09 Avqust 2026 18:41
Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
09 Avqust 2026 18:03
Ay Günəşi kölgəsində gizlədəcək - 30 il sonra ilk dəfə
08 Avqust 2026 10:06


Bakı -°C

