"Otelə ərimlə gedirəm"
Müğənni Qumral hotellərdə istirahət etməyə cəmiyyətdə birmənalı yanaşılmamasına münasibət bildirib.
Adalet.az-ın məlumatına görə, sənətçi bu fikirdə olduğunu deyib ki, otelə getmək normal istirahət seçimlərindən biridir və bunun mənfi mənada qiymətləndirilməsi düzgün deyil.
Qumral qeyd edib ki, həyat yoldaşı ilə birlikdə istirahət məqsədilə hotellərə gedir və buna görə bəzən tənqid və təhqirlərlə qarşılaşır:
"İstirahət mərkəzlərində otelə getdiyim üçün qınayıb təhqir edirlər. Otelə ərimlə gedirəm. Otel əxlaqsızlıq yuvası deyil ki, eyib sayılsın. Gözəl istirahət məkanlarında səviyyəli otellər var. Ailəmlə dincəlirəm, otelə gedirəm, gedəcəyəm də".
Müğənninin fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilərin bir qismi Qumralın mövqeyini dəstəkləsə də, bəzi istifadəçilər mövzu ilə bağlı fərqli düşüncələrini bölüşüblər.
Digər Xəbərlər
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06
Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB
22 Sentyabr 2026 00:00


Bakı -°C

