Efiopiyaya gedən aparıcıya inək qanı içizdirdilər
Rusiyalı bloger və aparıcı Nastya İvleyeva Efiopiyaya səfəri zamanı yaşadığı təcrübə ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, bloger hamer qəbiləsini ziyarət edib və onlara hədiyyə olaraq 350 dollara inək alıb. Lakin heyvanın dərhal kəsilərək yemək üçün hazırlanması İvleyevanı kövrəldib.
"Ağlayacağam. Ona çox yazığım gəlir" deyə, bloger hisslərini gizlədə bilməyib.
Bununla belə, onu daha böyük sınaq gözləyib. Hamer qəbiləsinin üzvləri ənənəyə uyğun olaraq Nastya İvleyevadan inəyin qanını içməsini istəyiblər. Bloger əvvəlcə bu təklifə təəccüblə yanaşsa da, qəbilənin adətinə hörmət əlaməti olaraq rituala qatılıb.
İvleyeva sonradan qanın dadının ilıq və duzlu olduğunu bildirib:
"Birincisi, qan da mayedir. İkincisi isə zülal əldə etməyin sürətli və keyfiyyətli yoludur. Bu, onların əsrlərdir davam edən ənənəsidir".
Daha sonra qəbilə başçısı blogerə bildirib ki, onlar əti nadir hallarda – təxminən iki aydan bir yeyirlər. Qalan vaxtlarda isə əsas qidaları və içkiləri xüsusi hazırlanmış pivə olur.
Digər Xəbərlər
14 Avqust 2026 08:51
80 minlik “Pokemon” kartları oğurladılar
11 Avqust 2026 14:52
Bu tərliklər ayağın formasını dəyişə bilər
11 Avqust 2026 10:32
Okeanlar heç vaxt belə isti olmayıb
10 Avqust 2026 16:04
Rza Rzayev: Nəsə ağır söhbət oldu!!!
10 Avqust 2026 09:15
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar
09 Avqust 2026 19:00
İnsanlar başqalarının sözünü niyə kəsir?
09 Avqust 2026 18:41
Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
09 Avqust 2026 18:03


Bakı -°C

