adalet.az header logo
  • Bakı -°C
02 Iyul 2026 11:16
83
MARAQLI
A- A+

1-3 qəpiyə satılan yumurtalar...

Bir neçə həftə bundan əvvəl Bakının bir çox market və mağazalarinda  1-3 qəpiyə yumurtalar satılıb. Sözün düzə hələ indiyə kimi yumurtalar belə ucuz qiymətə satışa cıxarılmayıb. Təbii ki, bu da əhali tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi insanlar deyiblər ki, o yumurtalar sünı yolla hazırlanmış yumurtalardı, bəzi istehlakçılar da bildirirlər ki, bu yumurtaların vaxt keçdiyinə görə, belə ucuz satırlar. Bütün deyilənlərə Qida Təhlükəsizliyi Agentliyi aydınlıq gətirib. Məlum qurum bildirib ki, yumurta istehsal olunan müəssisələr də , eləcə də market və mağazalarda yoxlamalar aparılib və həmin məhsullardan nümunələr götürülərək analiz edilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, istehsal və satış mərkəzlərində sünı və vaxtı keçmiş yumurtalara rast gəlinməyib.

Üstəlik  də həmin  məsull şəxslərə tövsiyə edilib ki, əhaliyə həmişə olduğu kimi keyfiyyətli məhsullar verilsin! Heç şübhəsiz ki, yay mövsümü ilə əlaqədar olaraq yumurtaların qiyməti digər mövsümlərə  nisbətən daha ucuz olur! Bir sözlə, ölkəmizdə hər an bolluq olduğu üçün hər an yumurtalar  ucuzlaşa bilər!!!

Emil FAİQOĞLU