Sevgi məktubu
Mən ki, bilməz idim məhəbbət nədir,
Bu hissi mən səndə gördüm, anladım.
Özümdən xəbərsiz vuruldum sənə,
Bunun üçün özümü, inan, danladım.
Mən səni çox sevdim, deyə bilmədim,
Qəm yedim, sevgimi əyə bilmədim.
******
Vaxtsız məhəbbətdən qorundum hər an,
Vaxtsız bir sevgiyə uymadım heç vaxt.
Bu hisdən hər zaman kənara qaçdım,
Sevgiylə qəlbimi döymədim heç vaxt.
Mən səni çox sevdim, deyə bilmədim,
Qəm yedim, sevgimi əyə bilmədim.
******
Sevərək sevdiyini demək çətindi,
Mən səni sevirəm deyim biləsən.
İlk sevgi hər zaman, hər an mətindi.
Sənin üçün qəm-kədər yeyim,biləsən.
Mən səni çox sevdim, deyə bilmədim,
Qəm yedim, sevgimi əyə bilmədim.
******
Bəlkə də qəlbində bir başqası var,
Bəlkə məhəbbətin yoxdu heç mənə.
Bütün sevənlərin öz dünyası var,
Günahım sevgidir, onu keç mənə.
Mən səni çox sevdim, deyə bilmədim,
Qəm yedim, sevgimi əyə bilmədim.
******
Çoxları düşünmür,sevir birini,
Mən isə ağılla, başla sevirəm.
Çoxları sevgidə görmür yerini,
Mən isə lazımı yaşla sevirəm.
Səndən soruşuram: sevdiyin varmı?
Mənim məhəbbətim qəlbinə darmı?
******
Çoxları sevirlər varı-dövləti,
Mən səni sevirəm, sev mənim kimi.
Çoxunda məhəbbət dəyərsiz olub,
Kaş məni sevəsən sən mənim kimi.
Səndən soruşuram: sevdiyin varmı?
Mənim məhəbbətim qəlbinə darmı?
******
Səni görən gündən vuruldum sənə,
Mən səni sevdim, deyə bilmədim.
Çalışdım bu hisdən mən uzaq olam,
Qəm yedim, sevgimi əyə bilmədim.
Səndən soruşuram: sevdiyin varmı?
Mənim məhəbbətim qəlbinə darmı?
******
Bu dünyanın kədəriyəm,qəmiyəm,
İnan ki,yaşayan canlı ölüyəm.
Yanar bir şamın zili,bəmiyəm,
Sevgidən ağlıyan insan əhliyəm.
Səndən soruşuram: sevdiyin varmı?
Mənim məhəbbətim qəlbinə darmı?
******
Qəlbə tabe olur bu boyda bədən,
Sonda peşman olur hirs ilə gedən.
Məni tərk eylədin,söylə sən nədən?
Sevirəm mən səni,xəbərsiz səndən.
Səndən soruşuram: sevdiyin varmı?
Mənim məhəbbətim qəlbinə darmı?
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.
Digər Xəbərlər
27 Iyul 2026 10:42
Əbülfət Mədətoğlu: Vaxtdı, ürəyim...
26 Iyul 2026 13:13
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48


Bakı -°C

