adalet.az header logo
  • Bakı -°C

Yaxşı adamlar gün işığdı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
81 | 2026-07-05 09:29
A- A+

Bu dünyada çox şeyə etibar yoxdu...Elə dünyanın özünə etibar qalmayıb... O ki, qala insanlar ola... 40 il çörək kəsdiyin adam sənə dönük çıxır... Onu ağır günündə bir dəfə yanında görmürsən! Çünki çörəyi dizinin üstündədi... Düşünürsən ki,  heyf ötən günlərə gör kimə dost demişəm!

Amma burda sənin heç bir günahın olmayıb. Və sənin də çörəyinin duzu olub. Ancaq " dost" dediyin o yaramaz insanın duzu olmayıb... Ona görə də nə dünyadan küsməlisən, nə də insanlardan  ! Və mən də heç vaxt dünyadan da inciməmişəm, insanlardan da! Çünki dünya gözəl dünyadı və gözəl də insanlar var. Dünyanı o gözəl, o yaxşı, o çiçək, o mələk insanlar xilas  edəcək...  Səmimi danışmaq hələ səmimi olmaq demək deyil.Bilirsiniz niyə! Səmimi danışmaq o vaxt  özünü təsdiq edir ki, o adamın əməli səmimi olur.

O qədər səmimi danışıb , qeyri- səmimi insanlar var. Televizorda çıxışına baxırsan və deyirsən ki, ay Allah görəsən , bundan səmimi insan varmı! Amma həyatda tam başqa üzün görürsən! Nə isə ... Biz hamını aldada bilərik və özümüzü mələk kimi də təqdim edərək ! Ancaq kimin hansı əməlin sahibi olduğunu Allah hamıdan yaxşı bilir... Və bu gün dünyamızda yaxşı insanlara daha çox ehtiyac duyulur...

Və bu yaxşi insanlar mehribanlıq, sevgi, şirinlik yaradır. Başqa sözlə, demiş olsaq , odun üstünə su tökür, insanları birləşdirir, yıxılana  arxa durur, ağlayanın göz yaşların silir, insanlara çörək verir! Bundan gözəl nə ola bilər! Belə böyük, ziyalı, xeyirxah insanlardan biri də uzun illər tanıdığım , kimsəsizlərə arxa duran, dostluqda,  yoldaşlıqda sədaqətli olan İlham Əliyevdir! O İlham Əliyev ki, Qubadlı rayonunun Mollu kəndində boya- başa çatıb və əsl vətən oğlu olub. Birinci və İkinci Qarabağ savaşında həmişə doyüşən oğlanlarımızın yanında olub. Adam var ki, Vətən uğrunda canını verib, şəhid olub, qazi olub. İnsan da var ki.

İlham müəllim kimi  döyüşən  igidlərimizi maddı - mənəvi çəhətdən ruhlandırb. Yəni o , vətənə  sözü ilə yox , əməli  ilə xidmət edib! Neçə - neçə ehtiyac içində olan ailələr deyir ki, İlham müəllim bizə çox kömək edib, əlimiz hər yerdən üzüləndə bizə  arxa durub. Təbii ki, ən böyük insanlıq  elə əl tutmaq və kiməsə arxa durmaqdı...  Bu gün insanların bir- birinə biganə, soyuq münasibət bəslədiyi bir dönəmdə belə vətənpərvər, istiqanlı insanları adam görəndə sevinir! Sevinir ki, nə yaxşı dünyamızda Musa Yaqubun dili ilə demiş olsaq " mələk insanlar var, çiçək insanlar var". İlham Əliyev torpaqlarımız erməni işğalından azad olunandan sonra həmin yerlərdə gedən abadlıq, quruculuq işlərndə  yaxından iştirak edir. Bunu doğma Qubadlı rayonunundan  olanlar daha  yaxşı bilir.

Əlbəttə, öncə insanın ürəyində vətən sevgisi , təpər olmalıdır ki, qolunu çırmayıb ,  belə işlər görsün. İlham müəllim deyir ki, mənim üçün vətəndən , anadan müqəddəs heç bir varlıq yoxdu . Ožümü xoşbəxt sayıram ki, doğma Qarabağımın azad olunmasını gördüm . Cənab Prezident İlham Əliyev 200 ildən sonra qızil bir tarix yazdı və xalqımızı sevindirdi. Və bundan  böyük xoşbəxtlik ola bilməz.  Biz də bu böyük abadlıq , quruculuq işlərində prezidentimizə və dövlətimizə kömək etməliyik. Bu gün mən ikiqat xoşbəxtəm, ki, öz doğma yurdumda  bacardığım nə isə onu edə bilirəm...

İlham qardaşımız həm də  təpədən- dınrağa türk oğlu türkdı. O bir tür oğlu kimi də  türk dünyasina öz töhfəsini verib. Və Türkiyədə keçirilən mötəbər tədbirlərdə iştirak edib, Atatürkün məzarını ziyarət edib! O insanın ürəyində , qəlbimdə vətən sevgisi var, onlar özləri , ailələri üçün deyil, bütün xalqa , millət , dövlət üçün yaşayır və çalışırlar... Bax ,İlham qardaşımız da  belə bir əməl , ürək sahibidi. Onun kimin əməli- saleh insanları isə heç vaxt yaddan çıxarmaq olmur. Çünki dünya yaxşı , mələk və çiçək insanların çiynindədi... Belə insanlar nə qədər çox olsa , dünyamız bir o qədər işıqlı və  gözəl olar...

  • Iyul:
  • 3

TƏQVİM / ARXİV