Danışıqların davam etdirildiyi ərəfədə, tərəflər arasında ən azı 60 günlük atəşkəsin razılaşdırılmasına baxmayaraq, ABŞ iki gün ərzində İran ərazilərində mühüm əhəmiyyət daşıyan obyeklərinə raket zərbələri endirib.
Təbii ki, İran tərəfi bu cavabsız qoymayıb və o da Küveyt ərazisində yerləşən ABŞ hərbi bazalarını atəşə tutub.
ABŞ ölkənin cənubunda, Buşer ətrafında yerləşən strateji əhəmiyyət daşıyan obyektlərlə yanaşı, İranın yol infrastukturlarlnıda sıradan çıxarmağa başlayıb. İranın Rusiya və Çinlə dəmir yolu əlaqələrini təmin edən dəmir yolu körpüsü qanadlı raket zərbələri ilə dağıdılıb. Bu yola eyni zamanda Rusiya Çinlə yükdaşımaları həyata keçirilirdi.
Rusiya tərəfi hesab edir ki, Birləşmiş Ştatların bu hücumları təkcə İrana qarşı deyil, eyni zamanda Rusiya və Çinə qarşı da yönəlib. Çünki, hər iki dövlət bu dəmir yolu vasitəsilə çoxsaylı yükdaşımalarını həyata keçirirdi. Dəmir yolu körpünüsünün sıradan çıxarılması, son vaxtlar bu yolla yükdaşlmaların sayını artırmağa başlayan Çinə daha çox ziyan vuracaq.
Vaşinqton yəqin ki, bütün halları nəzərə alaraq, eyni zamanda həm Rusiyaya, həm də Çinə "mesajlar" göndərmək ustəyir.
Məlum məsələdir ki, Vaşunqton bütün hallarda Tehranı onun şərtləri ilə razılaşmağa məcbur etmək istəyir. İran isə, hələlik qətiyyətlə Tramp administrasiyasının tələblərini rədd edir.
Beləliklə, bir həftə əvvəl İsveçrədə əldə olunan razılaşma yenidən pozuldu. ABŞ prezidenti Donald Tramp, həmişə olduğu kimi yenə də, Tehranı razılaşmanın şərtlərini pozmaqda günahlandırdı. İran tərəfi isə, Hörmüz boğazının yenidən bağlandığını elan etdi.
Gəmilərin Hörmüz boğazından sərbəst keçid məsələsi yenidən dalana dirəndi. ABŞ növbəti dəfə İran ərazilərinə hücumların dayandırıldığını elan etdi. İran tərəfi qətiyyətlə hücumlara cavab veriləcəyini bəyan etdi. Bir sözlə, müharibənin dayanacağı ilə bağlı ümidlər, deyəsən hələ çox gözləməli olacaq...


Bakı -°C
