“Əgər hər şeyi süni intellektin öhdəsinə buraxsaq...”
“Əziz və dəyərli gənclər! Bu gün süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilməkdədir. Texnologiya və innovasiyaların sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu yeniliklər bizə geniş imkanlar, yeni biliklər və fərqli fürsətlər təqdim edir. Lakin hər bir texnologiya kimi, süni intellektdən də düzgün istifadə olunmadıqda müəyyən risklər və problemlər ortaya çıxa bilər”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, süni intellekt bizim üçün faydalı bir vasitə olmalıdır, düşüncəmizi əvəz edən bir güc yox:
“Onun imkanlarından öyrənmək, araşdırmaq və inkişaf etmək üçün istifadə etməli, eyni zamanda müstəqil düşünmək, təhlil aparmaq və doğru qərarlar vermək bacarığımızı daim inkişaf etdirməliyik. Əgər hər şeyi süni intellektin öhdəsinə buraxsaq, zamanla öz düşünmə vərdişlərimizin zəifləməsi ilə üzləşə bilərik.Gəlin texnologiyaya şüurlu yanaşaq, innovasiyaların imkanlarından səmərəli istifadə edək və süni intellekti cəmiyyətimizin inkişafına, elmə, təhsilə və ölkəmizin gələcəyinə xidmət etdirək. Unutmayaq ki, texnologiyanı idarə edən insan olmalıdır. Süni intellekt bizim köməkçimizdir, qərarlarımızı, düşüncəmizi və yaradıcılığımızı əvəz edən vasitə deyil”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

