Əbülfət MƏDƏTOĞLU: Dörd Divara Etiraf
Sığındığım dörd divarın içində -
Bir Dörd Divara Etiraf səsimdi, bir sözümdü, bir ahım...
Qaldırmağa daha çatmır gücüm də -
Nə boydadı, Allah mənim günahım?!
Asıldığım ümid teli titrəyir,
Qırılmağı an işidi, an yaxın...
İçimdəki həsrət elə titrəyir -
Odur mənə bu anımda ən yaxın...
Gözlərimin dibindəki işığı,
Divar udur, tavan öpür həvəslə...
Daşdırandan səbrim dolu qaşığı -
Barışmışam, bu dörd divar - qəfəslə!..
Zaman-zaman axıb tapır su çala
Bu deyimin məndən keçir yozumu...
Sən ruhumun damarına su cala -
Mən də susub, tamamlayım yazımı!
Sığındığım dörd divarın içində -
Bir səsimdi, bir sözümdü, bir ahım...
Qaldırmağa daha çatmır gücüm də -
Nə boydadı, Allah mənim günahım?!
Asıldığım ümid teli titrəyir,
Qırılmağı an işidi, an yaxın...
İçimdəki həsrət elə titrəyir -
Odur mənə bu anımda ən yaxın...
Gözlərimin dibindəki işığı,
Divar udur, tavan öpür həvəslə...
Daşdırandan səbrim dolu qaşığı -
Barışmışam, bu dörd divar - qəfəslə!..
Zaman-zaman axıb tapır su çala
Bu deyimin məndən keçir yozumu...
Sən ruhumun damarına su cala -
Mən də susub, tamamlayım yazımı!