Dünya Qarabağlı: Qəlbi kövrək müəllim
Ömür yolu uzaq deyil,yaxındı,
Dərd-kədər də bizə axın-axındı.
Mən nə dedim sözüm sizə toxundu?
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Həm gözəlsiz,həm savadlı,həm incə.
Düşünürəm dərsdən evə gəlincə,
Mən nə edim olsun hər an qəlbincə.
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Mən dəymərəm bir kimsənin qəlbinə,
Lap dönsəmdə bu dünyanın sərvinə,
Çox bağlısız siz də tarix elminə.
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Əzəl başdan vardı sizə hörmətim,
Tələbəyəm,safdı mənim niyyətim,
Zəhmət olub daima mənim sərvətim.
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Su istəsəm,sular dönüb buz olar,
Hər nə etsəm çəpə gedər söz olar.
Bir çətinlik artar-artar yüz olar.
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Ürəyiniz günəş kimi təmizdir.
Gözləriniz bir dəryadır,dənizdir.
Camalınız Züleyxayla əkizdir.
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Bu həyatın əvvəli var,sonu yox,
Heç bir kəsin bəxtəvərlik donu yox,
Biri gülsə sanma onun qəmi yox,
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Bir gül olub,siz güllərə bələndiz,
Siz dürr olub,yaddaşıma ələndiz,
Saf su kimi üz-gözümə çiləndiz,
Özü gözəl,qəlbi kövrək müəllim.
******
Yaxşı insan yadda qalır həmişə.
Siz dəyərsiz milyon qızıl-gümüşə,
Çox düşmüsüz siz enişə-yoxuşa,
Özü gözəl,qəlbi kövrək müəllim.
******
I-kurs müəllimim-Sonaxanım müəllimə həsr edirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.