ƏBÜLFƏT MƏDƏTOĞLU: Nastalji xatirə....
Bir tonqal çatmışam, bax çevrəsində
Oynayır nəvələr, bildikləri tək.
Qayıda dünənim, kaş övladlarım -
Gülə , nəvələrimm güldükləri tək!...,
Nalı parıldayır zaman atının
Bir az "ah" qamçılı Aman atının...
Gözünü qaraldıb saman atının -
Tay nə başın burax, nə cilovun çək!
Tonqal çevrəsindən boylan dünənə
Tüstü gözə vursun, isti sinənə...
Fürsət bir kəhərdi , bilib minənə -
Qaçırtdın Əbülfət, sonda qaldın tək!..


Bakı -°C

