Maşallah Məftun: OYANMADIQ, USANMADIQ...
“...Cümlə qurmaq dövlət qurmaq qədər çətindir”
Seyran Səxavət
A, zilli sultanlar, zilli sultanlar,
Cümlə quraq, cümlə cahan xar olsun.
Məntiq olsun, məna olsun, bar olsun,
Aləm sevsin, dünya sevsin, yar olsun.
Mühasirədədir bəlkə dilimiz,
Bəlkə bağlanıbdı, bizim əlimiz.
Bəlkə gözümüzə tor çəkilibdi,
Bəlkə tarlamıza daş əkilibdi.
Bəlkə yollarımız minalanıbdı,
Əlimiz, qolumuz qandallanıbdı.
Hələ də həlqəni yara bilmirik,
Hələ də cümləni qura bilmirik.
“Bəlkə”lərin sayı o qədərdi ki,
Nə vaxtdı “Bəlkə”ylə yola çıxırıq.
Bəlkəylə yamanca qardaş olmuşuq,
Bəlkəylə bilmirik hara çıxırıq.
“Bəlkə”-deyə-deyə səsimiz getdi,
Ən əziz, ən doğma kəsimiz getdi,
Çoxumuz alındı, bəsimiz getdi,
“Bəlkə”ylə ilahi qardaş olmuşuq,
Elə bil əzəldən sirdaş olmuşuq.
Mirzə Cəlil, Mirzə Sabir inciyər,
Səməd Vurğun, Rəsul Rza inciyər,
Hüseyn Cavid, Xəlil Rza inciyər.
Üzeyir bəy, Nuru Paşam inciyər.
Əlini, qolunu çırmalayıb dost,
Sözün ayağına getməlisən sən.
Dadı da, tamı da, yerində olsun,
Əlindən gələni etməlisən sən.
Yuxunun yozumu, sözün yozumu,
İlahidən gələr, göylərdən gələr.
Cümlədə, dövlətdə, Seyran Səxavət,
Tanrıya sevgidən, üzlərdən gələr.
Digər Xəbərlər
27 Oktyabr 2026 11:00
İKİ ŞEİR
27 Oktyabr 2026 10:55
“Siyasət və din insanla sevişəndə onu geyindirir...”
27 Oktyabr 2026 10:53
Arzu Kazımqızı Nehrəmli ŞEİRLƏRİ
26 Oktyabr 2026 13:53
Zəfər müjdəli qayıdış
26 Oktyabr 2026 13:23
AQİL ABBAS OXUCULARI İLƏ GÖRÜŞDÜ - FOTOLAR
26 Oktyabr 2026 11:33
Müasir nəsr mənzərəsində hekayə: janrın dinamikası
26 Oktyabr 2026 11:19
“İnsan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür”
26 Oktyabr 2026 11:05


Bakı -°C

