Əbülfət Mədətoğlu: Ürəyim
Dəliliyi tutub, nədi bilmirəm
Heç sözümə baxmır yenə ürəyim...
Mən də susub, heç üstünə gəlmirəm -
Dönüb hələ , baxmır mənə , ürəyim!
Ovcumdakı dərmanları noxud tək
Oynadıram, bax, əlini məndən çək!
Sən açdıqca təzə şırım, təzə lək -
Çevirirəm sözü dənə ürəyim!
Haqdan əlim, səndən gözüm çəkilməz
Mən dözdüyüm ağrı səsə tökülməz!
Məcnunluğum - naxışımdı - sökülməz -
Bükmə məni duman , çənə ürəyim!
Ağır olur ediləndə yanlışlar,
Bu yanlışdan kimlər isə yanmışlar!
Aramızda köhnə dost var, tanış var -
Əmanətəm axı sənə , ürəyim?!
Digər Xəbərlər
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47


Bakı -°C

