Əbülfət Mədətoğlu: Ürəyim...
Çox ağrıya, çox acıya öyrətdim
Yerli, yersiz, haqlı, haqsız göynətdim...
Arada bir səni gendən seyr etdim -
Gülə, gülə üzü yola ürəyim!
Eşitmədim hər istəyin, hər hayın
Gözlərində dəfn elədim harayın...
İşğal etdim bu qayğılar sarayın -
Bilə, bilə üzüyola ürəyim!..
Bu həyatın çox kitabın oxudum
Həm "Var", həm də "Yox" kitabın oxudum...
Sonda gözü Tox kitabın oxudum -
Gələ, gələ üzü yola ürəyim!
Bir etiraf anı vardı dinimdə
O da mənim, mən də onun günündə...
Diz çökübdü indi ruhum önündə -
Ölə, ölə üzü yola ürəyim!..
Gülə, gülə üzü yola , ürəyim!
Digər Xəbərlər
26 Sentyabr 2026 12:41
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55
AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
24 Sentyabr 2026 10:51


Bakı -°C

